“Deputat olmaq fikrim var” - Tənzilə Rüstəmxanlı


16:39     03 Sentyabr 2015 400640861.jpg

“Bu il Azərbaycanda keçiriləcək parlament seçkilərində deputatlığa namizədliyimi irəli sürmək fikrim var. Mən namizədliyimi irəli sürəcəyəmsə, Sabir Rüstəmxanlı namizəd olmayacaq”.


Bunu APA-ya açıqlamasında “Azəri-Türk” Qadınlar Birliyinin sədri, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının həyat yoldaşı Tənzilə Rüstəmxanlı deyib.

T. Rüstəmxanlı bildirib ki, deputatlığa namizəd olmaq fikrindədir. O bu barədə S. Rüstəmxanlı ilə razılığa gəldiklərini də deyib.

“Sabir Rüstəmxanlı partiya lideri olaraq qalacaq. Hələ ki, fikrimiz belədir, ancaq hər şeyi zaman göstərəcək”.

S. Rüstəmxanlı isə APA-ya açıqlamasında deputatlığa namizədliyini irəli sürəcəyi haqqında qərar vermədiyini deyib:

“Hələ ki, partiyanın başqa namizədləri müəyyənləşdirilir. Mən problem deyiləm”.

Açar sözlər:

Oxunub: 1494