İrandan gəlib oğurluq etdilər - BAKIDA


16:51     03 Sentyabr 2015 81f5831f-c7f8-46e9-93ee-3dda5b9d39aa.jpg

Bakıda oğurluqla məşğul olan İran vətəndaşları tutulub.


Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binə Ticarət Mərkəzində qeydə alınıb. Ticarət mərkəzindəki mağazalardan birindən 1400 manat oğurlayan İran İslam Respublikasının vətəndaşları – 1947-ci il təvəllüdlü Fərzəndi Yusif oğlu Munir və 1971-ci il təvəllüdlü Yunis Abdin oğlu Namudar saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 698