İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi


22:18     27 Oktyabr 2017 ilham%20eliyev%20ferman.jpg

Azərbaycan prezidenti İlham Əliyev çexiyalı həmkarı Miloş Zemanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.


Femida.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Çex Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Çexiya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcək. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Femida.az

Açar sözlər:

Oxunub: 636