Komitə sakinlərə sənəd verib – `KÜTLƏVİ ÇIXARIŞ`

Komitə sakinlərə sənəd verib – `KÜTLƏVİ ÇIXARIŞ`


03:09     28 Oktyabr 2017 kutlevi3.jpg

Əmlak Məsələləri Dövlət Komitəsi oktyabrın 27-də Sabirabadda "Kütləvi çıxarış" kampaniyası çərçivəsində dövlət tərəfindən yeni inşa edilmiş evlərə çıxarışlar verib. Sakinlərə evləri üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilib.


Femida.az bildirir ki, Sabirabadda keçirilən kampaniya çərçivəsində 100-dən artıq rayon sakininə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Verilən çıxarışlar əsasən fərdi yaşayış evlərini əhatə edib. Kampaniya vətəndaşların vaxtlarını daha səmərəli planlaşdırmağa, əmlaklarına sənəd almaq üçün əlavə ünvanlara getmədən qeydiyyat xidmətlərindən yararlanmağa şərait yaradıb. Sakinlər sənədləşdirmənin belə sürətli və rahat şəkildə olmasından, xidmətlərin onların ünvanına çatdırılmasından və göstərilən müxtəlif növ qeydiyyat xidmətlərindən razılıqlarını ifadə ediblər.

Vətədaşlara yerlərdə çıxarışlar təqdim olunmaqla yanaşı, həm də hüquqi yardım xidmətləri də göstərilib. Belə ki, sənədlərində hər hansı çatışmazlığı olan, qeydiyyat prosesinin ardıcıllığını bilməyən, lazımi sənədlərin hansı qurumdan alınması barədə məlumatı az olan əhalinin suallarını Komitənin əməkdaşları cavablandırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 597