Dünyanın ən zəngin adamı dəyişib


13:16     28 Oktyabr 2017 Ceff_Bezos_–_fermada_işləyən_uşaqdan_milyarderə_gedən_yol.jpg

ABŞ-ın “Amazon” şirkətinin yaradıcısı Ceff Bezos dünyanın ən zəngin adamına çevrilib.


`Bloomberg`agentliyinin yaydığı məlumata görə, “Amazon”un səhmlərinin kəskin artması nəticəsində C.Bezos “Microsoft”un təsisçisi Bill Geytsi üstələyərək dünyanın ən varlı adamı olub.

Mənbə bildirir ki, son sutka ərzində “Amazon”un səhmlərinin qiyməti 10%, 53-yaşlı sahibkarın sərvəti isə 10 milyarddan çox artıb.

“Forbes”un hesablamalarına əsasən, hazırda С.Bezosun sərvəti 93,1 milyard təşkil edir, “Bloomberg” isə bu rəqəmin 93,8 milyard olduğunu bildirir.

Qeyd edək ki, “Amazon” dünyada İnternet vasitəsi satışlar həyata keçirən ən irimiqyaslı portaldır.

Femida.az

Açar sözlər:

Oxunub: 1107