“ Bu fərmanla vətəndaş əlavə vaxt itgisindən azad olacaq” - Ülvi Mehdiyev


17:09     03 Sentyabr 2015 58be4ce9c95c60cf7b3794ca4089674e.jpg


Xəbər verdiyimiz kimi, avqustun 31-də Prezident İlham Əliyev "Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında" fərman imzalayıb. Qeyd olunan bu fərmanda “ASAN Xidmət”in fəaliyyətinin genişləndirilməsi baxımdan vacib olmaqla yanaşı, eyni zamanda vətəndaşların vaxt və əlavə vəsait itgisinin aradan qalxmasına səbəb olacaq.


Yeni fərmanda nəzərdə tutulan bəndlərdən biri də sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) və fərqlənmə nişanının bundan sonra “ASAN Xidmət” mərkəzlərindən əldə edilməsini nəzərdə tutan bölmədir.

Femida.az xəbər verir ki, qanunvericiliyə görə taksi minik avtomobilləri ilə sərnişin daşınmasını həyata keçirən şəxslər lisenziya və fərqlənmə nişanı almalıdır. Hər iki sənəd Nəqliyyat Nazirliyi tərəfindən verilir.Burada lisenziya - 5 il müddətinə verilir, dövlət rüsumu – 150 AZN, Fərqlənmə nişanı - sürücünün vergi ödədiyini təsdiq edir, Bakıda hər ay üçün bu məbləğ 18 AZN-dir.

Qeyd olunan bu şərtlər uzun müddət taksi fəaliyyəti ilə məşğul olmaq istəyən sürücülərin çətin duruma düşməsinə və uzun müddət vaxt itkisinə səbəb olurdu.
Hal-hazırda qanunvericilikdə taksi minik avtomobilləri ilə sərnişin daşınmasına lisenziya verilməsi üçün mürəkkəb və bir çox hallarda yerinə yetirilməsi mümkün olmayan şərtlər müəyyən olunmuşdur ki, bunun nəticəsində taksi fəaliyyəti ilə məşğul olan şəxslər lisenziya ala bilmir. Hazırda təqribən 20-30 min lisenziyasız taksi fəaliyyət göstərir.

Bu fərmanla bir çox problemləri aradan qaldırmaq mümkün olacaq.Belə ki, taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) və Fərqlənmə nişanı verilməsi xidmətini “ASAN xidmət” mərkəzlərində Nəqliyyat Nazirliyinin əməkdaşları həyata keçirəcədir.

Mövzu ilə bağlı Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev mətbuata açıqlamasında bildirib:


“Bilirsiniz ki, bu xidmət Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir.Eyni zamanda Cənab Prezidentin bu fərmanı ilə Nəqliyyat Nazirliyi xidməti ASAN - da həyata keçirməlidir. Taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) və Fərqlənmə nişanı verilməsi barədə konkret qanunvericilk var. Orada konkret şərtlər müəyyən olunub. Cənab Prezidentin bu fərmanı ilə elektron vasitələrdən istifadə etməklə vətəndaş həm əlavə vəsait və vaxt itgisindən azad olacaq.Çünki, bu fərmanla vətəndaş birbaşa köhnə qaydada sənəd daşımaqdan azad olur.Ümumiyyətlə bu fərman vətəndaşların vəziyyətinin birbaşa yaxşılaşdırılmasına yönəlib.”


Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 5422