Rafiq Hüseynov vəfat etdi


15:56     30 Oktyabr 2017 rafiq_huseynov_aktyor_1509350035.jpg

Azərbaycanın Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov Almaniyada dünyasını dəyişib.


Bu barədə Femida.az-a xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.

Onun sözlərinə görə, Rafiq Hüseynov müalicə aldığı Düseldolf şəhərindəki klinikada vəfat edib.

"Xalq artistinin nəşi yaxın iki-üç gündə Azərbaycana gətiriləcək" - diktorun xanımı deyib.

Qeyd edək ki, xalq artisti Rafiq Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, bir neçə dəfə Türkiyədə əməliyyat olunub.

Allah rəhmət eləsin!

Femida.az

Açar sözlər:

Oxunub: 909