Daha iki cəbhəçi Əli Kərimlini tərk etdi


19:16     03 Sentyabr 2015 afj76.jpg

Əli Kərimlinin AXCP-sində yarpaq tökümü davam edir. Bu gün daha iki cəbhəçi Razi Nurullayevi dəstəklədiklərini bəyan ediblər.


Femida.az Cebhe.info-ya istinadən xəbər verir ki, AXCP Nərimanov rayon şöbəsinin məclis üzvü, dayaq dəstəsinin sədri Səfərov Ələkbər və Nərimanov rayon şöbəsinin üzvü Sadıqov Zaur Razi Nurullayevin sədrlik etdiyi Etimad Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinə qoşulublar.

Onlar bəyanatlarında Əli Kərimlinin partiya daxilində yaratdığı özbaşınalığa, yürütdüyü ədalətsiz, səriştəsiz siyasətə etiraz etdikləri üçün bu addımı atdıqlarını bildiriblər.

Açar sözlər:

Oxunub: 490