Sabiq deputatın oğlu MƏHKƏMƏ QARŞISINDA


14:21     31 Oktyabr 2017 qalib-salahzadeee%202017.jpg

Sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmənin başlanma vaxtı məlum olub.


Femida.az-ın məlumatına görə, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası noyabrın 6-na təyin edilib. Proses Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, Ə. Salahzadə bir müddət əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ə. Salahzadə “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.

Femida.az

Açar sözlər:

Oxunub: 986