Rauf Mirqədirovun məhkəməsi təxirə salınıb
20:22 03 Sentyabr 2015
"Jurnalist müayinə olunsa da, hələ nəticələr açqılanmır"
Sentyabrın 3-də Nəsimi Rayon Məhkəməsində "Zerkalo" qəzetinin icmalçısı Rauf Mirqədirov haqqında həbs qətimkan tədbirinin uzadılması ilə bağlı keçirilən məhkəmə təxirə salınıb.
Femida.az-a bu barədə məlumat verən Elmar Süleymanov bildirib ki, prosesə Rauf Mirqədirov da gətirilib:
"Ancaq biz hakim Şəlalə Həsənovanın işə baxmasına etiraz etdik. Etirazımızı onunla əsaslandırdıq ki, artıq hakim Həsənova bu işə baxıb və öz qərarını qəbul edib. Müdafiə tərəfi hesab etdi ki, xanım Həsənovanın əvvəlki qərarı ən azı əsassız idi. Ona görə də Şəlalə Həsənovanın bu işə baxmağa qanuni baxımdan hüquqi yoxdur. Hakim vəsatətimizi sədrin qarşısında qaldırdı və prosesin sentyabrın 4-nə qədər təxirə salınması qərara alındı".
Vəkil Elmar Seleymanov Rauf Mirqədirovun səhhətinin normal olduğunu söylədi: "Amma onun səhhətindəki problemlər spazma xarakterlidir, yəni ağrılar davam edir, təzyiqi qalır. Düzdür, Mirqədirov müayinə olunub, amma hələ nəticələri açıqlanmır. Biz nəticələri gözləyirik"
Oxunub: 728
Oxşar xəbərlər
- Rauf Ağayevə vəzifə verilir
- Rauf Mirqədirov azadlığa buraxıldı - Son dəqiqə
- Rauf Mirqədirovun apellyasiya şikayətinə baxıldı
- Rauf Mirqədirova hökm oxundu – 6 İL
- Rauf Mirqədirovun məhkəməsində nə baş verib?
- Rauf Mirqədirovun məhkəməsində şahidlər danışdı
- Rauf Mirqədirovun məhkəməsi başladı
- Rauf Mirqədirovun məhkəməsi qapalı keçiriləcək
- Rauf Arifoğlu istefa verdi