Milli Məclisdə bir sıra qanunlara dəyişiklik edilib


17:05     31 Oktyabr 2017 milli%20mec98.jpg

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında bir sıra qanunlara dəyişiklik edilib.


Femida.az -ın məlumatına görə, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, bir paketdən gələn 19 qanuna dəyişikliklər layihəsi 2016-cı ildə qəbul olunmuş “Elm haqqında” qanuna uyğunlaşdırmadır.

Bunlar Əmək Məcəlləsinə, "Diplomatik xidmət haqqında”, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Dövlət qulluğu haqqında", "Əmək pensiyaları haqqında", "Geodeziya və kartoqrafiya haqqında", "Heyvanlar aləmi haqqında", "Müdafiə haqqında", "Muzeylər haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "Rəsmi statistika haqqında”, "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Sərhəd qoşunları haqqında", "Təhsil haqqında", "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Yanğın təhlükəsizliyi haqqında", "Yaşayış minimumu haqqında” qanunlarda "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də, "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də dəyişikliklərdir.

Layihələr ardıcıl olaraq səsə qoyularaq, qəbul olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 701