Rafiq Hüseynov II Fəxri xiyabanda dəfn olunacaq


18:08     01 Noyabr 2017 rafiq_huseynov_aktyor_1509350035.jpg

Xalq artisti, məşhur diktor Rafiq Hüseynov sabah II Fəxri xiyabanda dəfn olunacaq.


Femida.az xəbər verir ki, bu barədə Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.

Onun sözlərinə görə, R. Hüseynovun cənazəsi bu gün Bakı vaxtı ilə saat 19:00-da Almaniyadan yola salınacaq.

Xalq artisti ilə vida mərasimi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında sabah saat 10:00-dan 12:00-dək keçiriləcək.

Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək

Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində dünyasını dəyişib. O, xərçəngdən əziyyət çəkirdi.

Femida.az

Açar sözlər:

Oxunub: 928