Bu partiya da namizədlərini müəyyənləşdirdi


23:47     03 Sentyabr 2015 16408891d964b47dbbebb5c86f50a861.jpg

Bu gün Azərbaycan Sosial Rifah Partiyası (ASRP) “Müqəddəs məqsədin nailiyyətlərinin daha da artırılması istiqamətində” adlı beynəlxalq konfrans keçirib.


APA-nın məlumatına görə, konfransda partiyanın parlament seçkilərində iştirak məsələsi müzakirə olunub. Partiyanın sədri, millət vəkili Xanhüseyn Kazımlı bildirib ki, parlament seçkiləri yaxınlaşdıqca, bəzi beynəlxalq dairələr Azərbaycana qarşı ikili standartlarla çıxış edir. Onun sözlərinə görə, ASRP-nin parlament seçkilərində 100-ə yaxın dairədən namizədi olacaq:

“Hazırda namizədlərin müəyyənləşdirilməsi prosesi gedir. Namizədlər partiyanın Ali Məclisində təsdiq olunandan sonra cəmiyyətə açıqlanacaq. Düşünürəm ki, parlamentdə yeni simalar olmalıdır”.

Dağlıq Qarabağ münaqişəsinə toxunan X. Kazımlı bu gün Azərbaycan ordusunun işğal altındakı torpaqları azad etmək gücündə olduğunu vurğulayıb.

Türkiyənin Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER) sədri Göksəl Gülbəy isə deyib ki, erməni yalanlarına qarşı birgə mübarizə üçün parlamentdə milli düşüncəyə sahib insanlar təmsil olunmalıdır.

Açar sözlər:

Oxunub: 832