Azərbaycanlı avtoritetin qətlində adı hallanan şəxslər tutulub
19:37 02 Noyabr 2017
Rövşən Lənkəranskinin qətlində adı hallanan şəxsi öldürən iki azərbaycanlı Rusiyada tutulub.
Femida.az APA-ya istinadən xəbər verir ki, saxlanılan şəxslər əvvəllər məhbus həyatı yaşamış, 1975-ci il təvəllüdlü Hüseyn və 1979-cu il təvəllüdlü Emin adlı şəxslərdir.
Həmin şəxslər qətllə bağlı cinayət işi çərçivəsində ilkin olaraq iki gün müddətinə saxlanılıb.
intaqın versiyasına əsasən, onlar bu ilin sentyabr ayının 11-də Tbilisidə kriminal avtoritet, 1975-ci il təvəllüdlü Elçin Məmmədovu qətlə yetiriblər.
Xatırladaq ki, E. Məmmədovun meyiti “Toyota Land Cruiser” markalı avtomobildə aşkar olunub. Hadisə şahidlərinin sözlərinə görə, atəş səslərindən öncə qətlə yetirilmiş şəxs başqa adamlarla restoranda olub və onlarla mübahisə edib.
Qeyd edək ki, E. Məmmədovun adı “qanuni oğru” Rövşən Lənkəranskinin qətlində hallanıb. Həmin şəxs Rusiyada cinayət əməllərinə görə axtarışda olub.
Femida.az
Oxunub: 755
Oxşar xəbərlər
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- Azərbaycanlı gənclərdən İrana dəstək aksiyası - Tbilisidə
- Azərbaycanlıların reaksiyası yekdil deyil - Ekspertdən İran hadisələrinə ŞƏRH
- Azərbaycanlı biznesmen və oğlunun meyiti ölkəyə gətirildi - VİDEO
- Azərbaycanlı deputatlar məşhur Liv Hospitalında
- Azərbaycanlı jurnalist faciəvi şəkildə öldü - FOTOLAR
- Azərbaycanlı biznesmen avtobusun qarşısını kəsib, sürücünü bıçaqladı
- Azərbaycanlılar Rusiyada milyonluq kompleks aldı
- Azərbaycanlıların Ermənistandan deportasiyasından 29 il ötür
- Azərbaycanlı biznesmen və oğlu faciəvi şəkildə öldü - FOTOLAR