Ölən məhbusun meyiti neçə gün morqda saxlanıla bilər?

Ölən məhbusun meyiti neçə gün morqda saxlanıla bilər?


01:30     05 Dekabr 2017 7135fb40-a52a-4928-ac1e-2de568c2ae08.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Tutulmuş və ya həbs edilmiş şəxs təcridxanada,yaxud da cəzaçəkmə müəssəsində ölərsə hansı qanuni tədbirlər görülməlidir?


Femida.az Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanuna istinadən xəbər verir ki, tutulmuş və ya həbs edilmiş şəxs ağır xəstəliyə tutulduqda və ya öldükdə həbs yerinin müdiriyyəti bu barədə dərhal həmin şəxsin yaxın qohumlarına məlumat verir.

Tutulmuş və ya həbs edilmiş şəxsin meyiti məhkəmə-tibb ekspertizası keçirildikdən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş digər prosessual hərəkətlər aparıldıqdan sonra onun qohumlarına verilir. Tutulmuş və ya həbs edilmiş şəxsin öldüyü vaxtdan 7 gün müddətində meyitin verilməsi barədə müraciət daxil olmazsa, o, dövlət vəsaiti hesabına dəfn olunur. Həmin müddətdə meyitin daha uzun müddət saxlanması barədə müraciət daxil olarsa, meyit müraciət edən şəxsin vəsaiti hesabına 30 günədək müddətdə müvafiq icra hakimiyyəti orqanının meyitxanasında (morqunda) saxlanılır.


Mircəlal Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 8452