Qurban Qurbanov millimizin baş məşqçisi təyin edildi


14:24     03 Noyabr 2017 2015-05-06-10-53-53qurban-qurbanov.jpg

Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.


AFFA-dan Femida.az-a verilən məlumata görə, gündəlikdəki ilk məsələ Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi olub.

Aparılan müzakirələrdən sonra Qurban Qurbanov Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin olunub. 45 yaşlı mütəxəssis "Qarabağ"ın baş məşqçisi postunda da işini davam etdirəcək.

Q.Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 749