Evə girən oğrunu ev sahibi tutdu


17:50     04 Noyabr 2017 Mənzilə%20girən%20oğrunu%20ev%20sahibi%20tutdu

Sumqayıtda oğru mənzli qarət edərkən yaxalanıb.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, noyabrın 3-də Sumqayıt şəhərində yaşayan Zəfər Əliyevin mənzilinə açar seçməklə qarət məqsədi ilə girən naməlum şəxs onunla rastlaşdığından gözyaşardıçı qaz balonu tətbiq edərək götürdüyü qızıl əşyalarını aparmağa cəhd göstərib. Bu zaman səs-küyə gələn qonşunun köməyi ilə həmin şəxs saxlanılaraq polis əməkdaşlarına təhvil verilib.

1-ci Polis Bölməsində aparılan araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Asif Zərbəliyev olması müəyyən edilib.

Araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 949