76 yaşlı piyadanı avtomobil vurub


22:45     04 Noyabr 2017 1436105092_1433932210_gencede-piyadanin-olumu-ile-neticelenen-yol-qezasi-bash-verib%20(1).jpg

Qax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, VAZ markalı avtomobil yolu keçmək istəyən 1941-ci il təvəllüdlü Kamil Əfəndi oğlu Xəlilovu vurub.
Yaralı dərhal Qax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır. (Report)

Açar sözlər:

Oxunub: 785