ABŞ-da mağazaya silahlı basqın


02:57     05 Noyabr 2017 6591658-3x2-940x627.jpg

ABŞ-ın Montana ştatında silahlı şəxs mağazinə daxil olaraq barrikada qurub.


Femida.az xarici KİV-lərinə istinadən xəbər verir ki, naməlum kişi avtomobilini mağazanın divarına çırparaq içərisinə daxil olub və çağırışla hadisə yerinə cəlb olunan polis əməkdaşına atəş açıb. Onun polis əməkdaşlarına işıq-səs qumbarası atdığı bildirilir.

Məlumata görə, bundan əvvəl həmin şəxs digər mağazadan silah oğurlamağa cəhd edib, lakin mühafizəçilər tərəfindən obyektdən kənarlaşdırılıb.

Polis əməkdaşları hazırda binanı mühasirəyə alaraq, cinayətkarla danışıqlar aparmağa cəhd edirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 944