Milli Parkda narkotik becərirlərmiş


18:10     05 May 2015 38056cee01be39b15eb3c8ad42cdc95a.jpg

Aprelin 30-da Şahdağ Milli Parkının ərazisində mühafizə rejiminin yoxlanılması məqsədilə növbəti reyd keçirilib.


Femida.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, reyd zamanı Milli Parkın İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 16 saylı dolayının 37-ci kvartalının 3 m2 sahəsində narkotik xassəli çətənə bitkisi olduğu güman edilən 15 ədəd bitkinin naməlum şəxslər tərəfindən əkilib-becərilməsi faktı aşkar edilib.

Faktla bağlı ETSN tərəfindən dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 655