Özünü 12 metrlik su quyusuna atdı - Şamaxıda intihara cəhd


18:45     06 Noyabr 2017 su_quyusu_01113.jpg

Şamaxı rayonunda 55 yaşlı kişi özünü su quyusuna ataraq intihara cəhd edib.


Femida.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Şərədil kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, 1962-ci il təvəllüdlü Əlimuxtar Mayis oğlu Muxtarov özünü yaşadığı evin həyətində yerləşən 12 metr dərinliyi olan su quyusuna atıb. Bunu görən Ə.Muxtarovun qardaşı dərhal onu quyudan çıxarıb. Ağır bədən xəsarətləri alan Ə.Muxtarov Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

Xəstəxanadan bildirilib ki, yaralı əməliyyat olunub, vəziyyəti ağırdır.

Yaxınlarının verdiyi məlumata görə, Ə.Muxtarov ruhi-əsəb xəstəsidir.

Femida.az

Açar sözlər:

Oxunub: 1240