Prokuror 27 yaşlı qadına AĞIR CƏZA istədi


18:39     07 Noyabr 2017 ogruqadin20150926.jpg

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən 27 yaşlı Babayeva Malvina Etibar qızının cinayət işi üzrə məhkəmə prosesi davam edib.


Femida.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Hakim Eldar İsmayılovun sədrlik etdiyi iclasda məhkəmə istintaqının başa çatdığı elan olunub.

Prokuror çıxış edib.

Çıxış zamanı qeyd olunub ki, Malvina Babayeva istintaqa məlum olmayan Ataş adlı şəxslə birgə külli miqdarda marixuana satışı ilə məşğul olublar:

"Onlar narkotik vasitəni Zığ qəsəbəsində qırmızı rəngli dəmir konteynerdə saxlayıblar. Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələr qeyd edilən yerdən götürülüb".

Dövlət ittihamçısı çıxışında bildirib ki, M.Babayeva narkotik vasitə istifadəçisidir. Və onun məcburi müalicəyə göndərilməsini istəyib. Prokuror onu da qeyd edib ki, təqsirləndirilən şəxs istintaq zamanı əməlini səmimi şəkildə etiraf edib: "M.Babayeva məhkəmədə əməlini təsdiqləməməklə özünü müdafiə edir".


Beləliklə, prokuror M.Babayevanın cinayət əməlinin məhkəmə istintaqı dövründə sübuta yetirildiyini deyib və onun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, bu ilin may ayında polis əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Zığ yolu 38 ünvanına basqın edib.

Axtarış zamanı 1990-cı il təvəllüdlü Babayeva Malvina Etibar qızının üzərindən 18 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb.

Məlum olub ki, M.Babayeva Hövsan qəsəbə sakinidir. O, 2014-cü ildə oğurluq və narkotik vasitədən istifadə etdiyi üçün də saxlanılıb. Bildirilir ki, M.Babayeva narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak edir.

Açar sözlər:

Oxunub: 1178


Oxşar xəbərlər