Fotoqraf: “Cansız bədənin qışqırtısını çəkmişəm”


16:46     04 Sentyabr 2015 20150902_1632447201509030039566.jpg

Onun o səssiz bədəninin qışqırığını ancaq bu şəkildə eşitdirə biləcəyəmi düşündüm...


Bodrumdan Yunanıstana qayıqla yola çıxan 12 adamın həyatını itirdiyi faciə "sahilə vuran uşaq" fotosu ilə bütün dünyanın yaddaşına yazıldı. Sahildə yatan cansız bədəni ilə kiçik Aylanın fotoşəkili bütün dünyanı sarsıtdı və qaçqın probleminin faciəsini bir daha ortaya qoydu.

Femida.az xəbər verir ki, o şəkili çəkən DHA müxbiri Nilufər Dəmir müsahibə verib:

"Doğan Xəbər Agentliyi" (DHA) Bodrum müxbiri Nilufər Dəmir dünən bütün dünyanı sarsıdan "sahilə vuran uşaq" fotoşəkilini çəkib. 3 yaşındakı Aylan Kurdi Kobanidəki İŞİD hücumları səbəbiylə ailəsiylə birlikdə Avropaya köç etməyə çalışırmış.

O AN QANIM DONDU"

DHA müxbiri Nilufər Dəmir fotokamerasının yaddaşına köçürdüyü anları izah edib. Dəmir bu mövzuda tez-tez xəbər hazırladıqlarını, sahildəki cəsədlərin fərqinə vardıqlarında ilk olaraq Aylanı gördüklərini söyləyib:

“O, şəkilini çəkərkən nə hiss etdiniz?” sualına müxbir belə cavab verib:

"3 yaşında Aylan Kurdini görəndə qanım dondu. Dərin ürək ağrısı keçirdim, kədərləndim. Amma onun üçün edə biləcək heç bir şeyimiz qalmamışdı. Sahildə qırmızı, qolsuz köynəyi, göy şortikli uşağın yerə sərilmiş cansız bədəni var idi. Söyləyəcək söz tapa bilmirəm açıqcası. Fotoaparatın düyməsinə basmaqdan başqa çarəmiz, edə biləcəyimiz bir şey yox idi. Onun o səssiz bədəninin qışqırığını, ancaq bu şəkildə eşitdirə biləcəyəmi düşündüm".



Nilufər Dəmir Aylanın qardaşının da şəkilləri necə çəkdiyindən də danışıb.

“100 metr aralıda isə Aylanın qardaşı Qalib yerdə uzanmışdı. Daha sonra onun yanına getdim. Onun da qolsuz köynəyi belinə qədər qalxmışdı. Onu boğulmaqdan qoruyan, suyun üzərində tuta biləcək heç bir şey yox idi. Bu da hadisənin dramatikliyini gözlər önünə gətirir. Amma o an əlimdən tək bir şey gəlirdi: o anın şəklini çəkmək” - deyə danışıb.

Qadın fotoqraf şəkilin bu qədər əks-səda doğuracağını heç düşünmədiyini ifadə edərək “Aylanı gördüyüm zaman hiss etdiyim əzabı göstərmək istəmişdim",- deyib.

Bu şəkilin oyandırdığı əks-sədanın bir həll qapısı açacağını ümid etdiyini dilə gətirən Dəmir, " Ümid edirəm bu fotoşəkil onların dramlarına son qoyar",-deyə əlavə edib.

" 2003-cü ildən bəri "Doğan Xəbər Agentliyi"ndə işləyirəm. 2003-cü ildən bu günə qədər çox sayda miqrant hadisəsinə şahid olmuşam və onları fotoaparatın yaddaşına köçürmüşəm. Onların faciələrinə, ölümlərinə də şahid olmuşam. Sahilə qədər gəlmiş cəsədlərini çəkirdik. Bu cür hadisələr uzun müddətdir davam edir. Ümid edirəm, bu fotoşəkil onların dramlarına son qoyar".

"8 QAYIQDAN 6-SI SAHİLƏ QƏDƏR GEDİB ÇATA BİLMƏDİ"

“Qaçaqlara verilən rezin qayıqlar bəzən deşik çıxır”.


Nilufər Dəmir:

"Muğlanın Bodrum rayonu təxminən 15 ildən bəri miqrant axınını məruz qalmışdı, ancaq son 3 aydır, miqrantların Bodruma gəlişi intensivləşib. Yüzlərlə, hətta minlərlə miqrant Bodruma axın edib. Çünki, arxamda gördüyünüz Yunanıstana aid İstanköy adası buradan yalnız 4 mil məsafədədir. Qaçqınlar buradan rezin katerlərlə Yunan adasına keçib, oradan Avropa Birliyi Ölkələrinə getməyə çalışırlar. Onların keçərkən yaşadıqları dramları, ölümlə burun-buruna gəlmələrinin şəkillərini çəkdik. 4 iyun günü Yunanıstana qaçmaq istəyən qaçaqların boğulma təhlükəsi ilə üz-üzə gəlmələrini yenə DHA operatoru Osman Uras lentə aldı. Uşaqlar, qadınlar ölümü gözə alaraq yola çıxmışdılar. Buna görə də zamanla həyat dramlarına şahid oluruq. Qaçaqlara verilən rezin qayıqlar bəzən deşik çıxır. Bundan 2 gün əvvəl 8 qayıq buradan gördüyünüz sahildən yola çıxdılar. 8 qayıqdan 6-sı sahilə qədər gedib çata bilmədi. 1 mil getdikdən sonra batmağa başladı. Sahil təhlükəsizlik dəstələri o an təxminən 50 nəfəri xilas edə bildi. Bəzən taxta qayıqlarla qaçmağa çalışırlar. Ancaq bu qayıqlar da yolun yarısında batmağa başlayır. Böyük faciələr yaşanır və görünür ki davam da edəcək. Bu, Türkiyənin problemi olmaqdan çıxaraq beynəlxalq problemə çevrilib. Çünki Muğlanın Bodrum rayonu qaçqınların Avropaya keçid nöqtəsi halına gəlib".





Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 4698