NATO Əfqanıstandakı əsgərlərin sayını artıracaq


00:29     08 Noyabr 2017 Elements_of_the_3rd_Stryker_brigade_on_patrol_in_Iraq_-a.jpg

NATO Əfqanıstanda təhlükəsizlik əməkdaşlarına təlim keçən xüsusi təyinatlı hərbiçilərin sayını artırmağı planlaşdırır.


Belə ki, 2018-ci ildə 3 min əsgərin göndərilməsi nəzərdə tutulub. Bunun yarısı isə ABŞ ordusunun əsgərləri olacaq.

Beləliklə, Əfqanıstanda xidmət aparan NATO əsgərlərinin sayı 16 minə çatacaq.

Qeyd edək ki, hazırda bu ölkədə İŞİD və “Taliban” terror təşkilatlarına qarşı mübarizə aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 852