Özünü su quyusuna atdı - Şamaxıda intihar


17:31     08 Noyabr 2017 su%20quyusu.jpg

Şamaxı sakini özünü öldürüb.


Femida.az-ın xəbərinə görə, rayonun Şərədil kənd sakini, 1962-ci il təvəllüdlü Muxtarov Əlimuxtar Mais oğlu özünü yaşadığı evin həyətindəki beton su quyusuna atıb.

O, açıq kəllə-beyin travması, baş-beyinin ağır dərəcədə əzilməsi, başın əzilmiş-cırılmış yarası diaqnozu ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, Ə. Muxtarov dünyasını dəyişib.

Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1162