Özünü quyuya ataraq intihar edib


20:10     08 Noyabr 2017 quyu4.png

55 yaşlı Şamaxı sakini özünü quyuya ataraq intihar edib


Femida.az APA-ya istinadən xəbər verir ki, rayonun Şərədil kənd sakini, 1962-ci il təvəllüdlü Muxtarov Əlimuxtar Mais oğlu özünü yaşadığı evin həyətindəki beton su quyusuna atıb.

O, açıq kəllə-beyin travması, baş-beyinin ağır dərəcədə əzilməsi, başın əzilmiş-cırılmış yarası diaqnozu ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, Ə. Muxtarov dünyasını dəyişib.

Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 859