SOCAR büdcəyə 1,3 milyard ödəyib
15:52 10 Noyabr 2017
SOCAR tərəfindən 2017-ci ilin oktyabr ayında dövlət büdcəsinə 136,952 mln. manat vəsait ödənilib.
SOCAR-dan Femida.az-a verilən məlumata görə, bu göstərici 2016-cı ilin oktyabr ayı ilə müqayisədə 11,607 mln. manat və ya 9,3% çoxdur.
Ümumiyyətlə, cari ilin yanvar-oktyabr aylarında büdcəyə 1 mlrd. 302,630 mln. manat vəsait ödənilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 152,440 mln. manat və ya 13,3% artım deməkdir.
Bundan əlavə, 2017-ci ilin oktyabr ayında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) SOCAR tərəfindən 13,070 mln. manat vəsait köçürülüb. Bu, ötən ilin oktyabr ayına nisbətən 863 min manat və ya 7,1% çoxdur. Cari ilin yanvar-oktyabr aylarında isə SOCAR tərəfindən DSMF-yə ödəniş 125,496 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 6,126 mln. manat və ya 5,1% çoxdur.
Femida.az
Oxunub: 679
Oxşar xəbərlər
- SOCAR 6,8 mln. ton neft hasil edib
- SOCAR Avstriyada iki şirkət alıb
- SOCAR-da çalışan əlillərin sayı açıqlanıb
- SOCAR-la `Özbəkneftqaz` əməkdaşlığı genişləndirir
- SOCAR bazara mühərrik yağları çıxarır
- SOCAR-ın yeni baş ofisi neçəyə başa gəlib?
- SOCAR-ın avtobusu piyadanı vuraraq öldürdü
- SOCAR Maltaya ötürəcəyi qazın həcmini açıqladı
- SOCAR-ın iki müəssisəsi birləşdi
- SOCAR-ın 4400 nəfər işçisi ötən il işdən çıxıb