Ağdərədə erməni zabiti döydülər - Vəziyyəti ağırdır


17:46     10 Noyabr 2017 Ermeniesgeri.jpg

Ermənistanlı zabit döyülərək xəstəxanalıq edilib.


Femida.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə Azərbaycanın Ermənistan Silahlı Qüvvələrinin işğalı altındakı Ağdərə yaşayış məntəqəsində yerləşdirilən bölmələrindən birində qeydə alınıb.

Belə ki, alayın zabiti, kapitan Qurqen Qriqoryan xidmət yoldaşları tərəfindən döyülüb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, insidentin səbəbləri araşdırılır.


Mircəlal Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 2119