Sumqayıtda ağır qəza: sürücü yaralandı, sərnişini öldü


19:07     11 Noyabr 2017 qeza_yeni7.jpg

Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb.


Femida.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 10-da saat 19 radələrində Siyəzən rayonu ərazisində Sumqayıt şəhər sakini Fərhad Quliyev idarə etdiyi "VAZ-21074" markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sürücü və sərnişini, Quba rayon sakini Elman Rəhimov xəstəxanaya yerləşdiriliblər. E.Rəhimov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır/

Femida.az

Açar sözlər:

Oxunub: 773