Evlərdən qızıl oğurlayan şəxslər tutulub


02:42     12 Noyabr 2017 img-20171111-wa0002.jpg

Bu gün Siyəzən rayon Polis şöbəsi əməkdaşlarının “isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrı vətəndaşlara məxsus evlərdən oğurluq edən şəxs tutulub.


DİN Mətbuat Xidmətinin Quba regional qrupunun yaydığı xəbərə görə, noyabrın 11-də Siyəzən RPŞ-nin əməkdaşlarının “isti izlər”lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrı vətəndaşlara məxsus evlərdən oğurluq edən şəxs tululub. Şübhəli şəxs qismində saxlanılan Siyəzən rayon sakini Xəyyam Şahbazov Rayon Polis Şöbəsinə gətirilib. Ətrafında aparılan istintaq-əməliyyat tədbirlər nəticəsində məlum olunub ki, o, fərqli vaxtlarda rayon ərazisində əvvəlcədən gözaltı etdiyi, qapısı asma qıfılla bağlı olan evlərə pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq, ümumilikdə 6 evdən oğurluq edib. Cari ilin oktyabrın 10-dan noyabrın 10-dək daxil olduğu evlərdən 3 cüt qızıl sırğa, 8 ədəd qiymətli qaşlı qızıl üzük, 3 ədəd qızıl qolbağ, 4 ədəd qızıl klon, 1 ədəd qızıl zəncir, 4 ədəd qızıl diş, 1 ədəd “Nokia” markalı mobil telefon, və digər məişət və bəzək əşyaları oğurlayaraq, ev sahiblərinə ümumi dəyəri təxminən 7000 manat maddi ziyan vurub.

Onun mənzillərdən götürdüyü qızıl-zinət əşyalarını Sumqayıt şəhərində fəaliyyət göstərən zərgərlərdən birinə dəyərindən xeyli ucuz qiymətə satdığı müəyyən edilib.

Dindirilmə zamanı X.Şahbazov törətdiyi oğurluqları etiraf etmiş, törətdiyi əməldən peşman olduğunu bildirilib.

Faktla bağlı Siyəzən RPŞ-də cinayət işi başlanılıb, X.Şahbazovun başqa cinayətlərdə iştirakı olub-olmaması araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 993