London meri XİN rəhbərini istefaya çağırdı


20:30     12 Noyabr 2017 Sadiq_Khan_MP_3551269b2.jpg

London meri Sadiq Xan Böyük Britaniyanın Xarici işlər naziri Boris Consondan postunu tərk etməyi tələb edib.


Femida.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, Xan bildirib ki, Conson çıxışlarında Liviya, ABŞ, İspaniya və digər ölkələrin vətəndaşlarını təhqir etdiyindən vəzifəsindən getməlidir.

İngiltərə XİN-i hələ ki, Sadiq Xanın bu bəyanatını şərh etməyib.

Qeyd edək ki, Leyboristlər partiyasından olan Pakistan əsilli Sadiq Xan 2016-cı ildə London meri seçilib. O, tarixə bu vəzifəni tutan ilk müsəlman kimi daxil olub.

Açar sözlər:

Oxunub: 814