İtlər müstəntiqə hücum edib ayağını parçaladı - Bakıda gərgin anlar


19:02     13 Noyabr 2017 dog_070716.jpg

Bakıda polis müstəntiqi itlərin hücumuna məruz qalıb.


Femida.az xəbər verir ki, hadisə Səbail rayonu ərazisində baş verib.Baş vermiş hadisə ilə bağlı ərazidə xidmət aparan müstəntiq küçə heyvanlarının hücumuna məruz qalıb.

İtlər Səbail rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı Anar Miralayevin ayağının dizdən aşağı hissəsini parçalayıb.
Hadisədən sonra xəstəxanaya yerləşdirilən müstəntiqə quduzluq əleyhinə vaksin vurulub və ayağına tikiş qoyulub.


Mircəlal Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 5743