Nalbandyan həmsədrlərlə görüşəcək

16:53     13 Noyabr 2017 Armenian_Minister_of_Foreign_Affairs_Eduard_Nalbandyan.jpg

Ermənistanın xarici işlər nazir Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.


Femida.az xəbər verir ki, bunu ölkə XİN-in mətbuat katibi Tiqran Balayan “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, görüş noyabrın 14-də Moskvada keçiriləcək.

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bir neçə gün əvvəl jurnalisltələr açılamasında noyabrın 16-da Moskvada ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcəyini bildirmişdi. O, Rusiyanın Azərbaycan və Ermənisran XİN başçılarına “üçtərəfli” (Azərbaycan, Ermənistan, ATƏT-in həmsədrləri) görüş təklif etdiyini də demişdi. Ancaq bu görüşün keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil.

Femida.az

Açar sözlər:

Oxunub: 278