Astarada dəhşətli qəza: 1 ölü, 2 yaralı


22:42     13 Noyabr 2017 qeza17.jpg

Astara rayonunun Ərcivan qəsəbəsində, yeni istifadəyə verilmiş körpüdə zəncirvari qəza qeydə alınıb.


Femida.az xəbər verir ki, "VAZ-2107" markalı minik maşınının, Lənkəran-Astara marşrutu ilə hərəkət edən "Ford" sərnişin mikroavtobusunun və yük avtomobilinin toqquşması nəticəsində Lənkəran sayon sakini 41 yaşlı Elgün Rzayev ölüb.

30 yaşlı Həlimə Rəhimova, həmyaşıdı Səadət Hacıyeva, 21 yaşlı Elməddin İsayev, Azər Həsənov və Pərviz Sadıqov isə xəsarət alıb.

Yaralılar Astara və Lənkəran rayon mərkəzi xəstəxanalarına yerləşdiriliblər.

Femida.az

Açar sözlər:

Oxunub: 914