PKK maşına hücum etdi- 1 ölü, 2 yaralı


00:03     05 Sentyabr 2015 101102.jpg


Türkiyənin Şırnak ərazisində PKK üzvləri yük maşınına hücum ediblər.

Femida.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 73 EC 806 dövlət nişanlı maşın Cizrə prospektində atəşə məruz qalıb. 6 yaşlı uşağın olduğu yük maşınına hücum zamanı 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Yaralılar Şırnaq Dövlət Xəstəxanasına aparılıb, bir nəfəri xilas etmək mümkün olmayıb.

Ölən əsgərin hərbi xidmətdən yeni gəldiyi məlum olub.

Təhlükəsizlik orqanları qaçan terroristlərin tutulması üçün addımlar atmağa başlayıb.

Açar sözlər:

Oxunub: 779