Tovuzda qəza: Yaralananlar var


01:30     14 Noyabr 2017 1366262106_qeza-masin-agaca-cirpildi.jpg

Tovuzda yol qəzası baş verib.


Hadisə rayonun Əlimərdanlı kəndinə gedən yolda qeydə alınıb.

Minik avtomobilinin aşması nəticəsində Abulbəyli kənd sakinləri, 1965-ci il təvəllüdlü Şəhadət İsmayılov və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Gülbəniz İsmayılova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətləri orta-ağırdır. Faktla bağlı araşdırma aparılır. APA

Açar sözlər:

Oxunub: 694