Milli Məclisin bugünkü iclasının vaxtı dəyişdirildi


13:24     14 Noyabr 2017 milli%20meclis1.jpg

Milli Məclisin noyabrın 14-nə təyin edilən plenar iclası noyabrın 17-nə keçirilib.


Femida.az xəbər verir ki, iclasın gündəliyinə dəyişiklik olmayıb.

İclasda İnzibati Xətalar Məcəlləsinə, Vergi Məcəlləsinə, Mülki Məcəlləyə, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Notariat haqqında" və digər qanunlara əlavə və dəyişikliklər olmaqla 30 məsələnin müzakirəsi nəzərdə tutulur.

Femida.az

Açar sözlər:

Oxunub: 670