Kafedə dava düşdü - 2 nəfər bıçaqlandı


14:15     14 Noyabr 2017 bicaq23.jpg

Bakının Sabunçu rayonu ərazisində kütləvi dava zamanı bıçaqlanma olub.


Femida.az report-a istinadən bildirir ki, 1987-ci il təvəllüdlü İsmayılov Mahir Etibar oğlu və 1987-ci il təvəllüdlü Paşayev İlham Ədil oğlu Balaxanı qəsəbəsində yerləşən "Qartal" kafesində tanıdıqları şəxslərlə əlbəyaxa dava ediblər.

Nəticədə M.İsmayılovun boğaz və bədən nahiyələrinə 3 bıçaq, İ.Paşayevin isə boğaz, bədən və ayaq nahiyələrinə 6 bıçaq zərbəsi vurulub. Hər iki yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, M.İsmayılovun vəziyyəti ağırdır.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi araşdırma aparır.

Femida.az

Açar sözlər:

Oxunub: 640