Braziliyanın xarici əlaqələr naziri Azərbaycana gələcək

11:00     14 Noyabr 2017 aloysio%20braziliya%20xin.jpg

Braziliya Federativ Respublikasının xarici əlaqələr naziri Aloysio Nunes Ferreira noyabrın 15-də Azərbaycanda rəsmi səfərdə olacaq.


XİN-dən Femida.az-a bildirilib ki, səfər çərçivəsində Aloysio Nunes Ferreiranın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 169