`Qoca` ilə birgə qaçan məhbusa 19 İL HƏBS
15:27 14 Noyabr 2017
Bakıda qatardan qaçan məhbus Əli Ağaminin əvvəlki cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Dünən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimlər kollegiyası Ə.Ağamiyə hökm oxuyub.
Proses Bakıda, Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilib.
Məkumata görə, hakimlər kollegiyası Lənkərandan Bakıya məhz bu məhkəmə iclasına görə gəlib.
Məhkəmənin hökmü ilə Ə.Ağami 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağaminin cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılırdı. Dövlət ittihamçısı onun 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Ə.Ağami və digər məhbus, "Qoca" ləqəbli Etibar Məmmədov oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar. Bir müddət sonra Ə.Ağami Şirvanda həbs edilib. E.Məmmədov isə əməliyyat zamanı öldürülüb.
Xatırladaq ki, 28 yaşlı Ə.Ağami 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhər sakinləri Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfərdən biri də Ə.Ağamidir. Qətlə yetirilən E.Nəciyev kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınıb.
Hazırda Ə.Ağaminin qaçmasına görə açılmış cinayət işi üzrə istintaq davam etdirilir. (Report.az)
Femida.az
Oxunub: 1732
Oxşar xəbərlər
- `Qoca` ilə birgə qaçan məhbusdan XƏBƏR VAR
- `Qoca`ya görə tutulan qarovul rəisi vəkilindən imtina etdi
- `Qoca`ya görə həbs edilən polkovnikin yerinə TƏYİNAT
- `Qoca`nı vuran polislərin rütbəsi qaldırıldı
- `Qoca`nın meyiti ailəsinə təhvil verilib
- `Qoca`nı Hacıqabulda kim gizlədibmiş?- ŞOK TƏFƏRRÜAT
- `Qoca` atışmada öldürüldü - Bir neçə yaralı da var(YENİLƏNİB)
- `Qoca`ya görə həbs olunan Günay Atakişiyeva kimdir?