Azərbaycanın qaz ixracından gəliri 35% artıb


16:49     14 Noyabr 2017 1406111788_quyu-qazilir.jpg

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən 5,649 mlrd. kubmetr təbii qaz ixrac edib.


Femida.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda təbii qazın dəyəri 1 001,705 mln. dollar təşkil edib.
Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 11,06% olub.
Bu ilin yanvar-oktyabr aylarında ixrac olunan təbii qazın miqdarı ötən ilin müvafiq dövrünə nisbətən 13%, dəyəri isə 35% artıqdır.

Femida.az

Açar sözlər:

Oxunub: 741