Leyla Şıxlinskayanın işçiləri hakim qarşısında - 700 minlik yeyinti

15:17     14 Noyabr 2017 leyla%20sixlinskaya.png

Leyla Şıxliniskayanın rəhbərlik etdiyi klinikanın sabiq işçiləri - baş mühasib Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, kassir Aytən Poladova və klinikanın daha 3 əməkdaşının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Femida.az xəbər verir ki, cinayət işi yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hələlik cinayət işi icraata verilməyib. İşə yaxın günlərdə baxılacaq.

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilirlər.
Təqsirləndirilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb. Daha sonra istintaqın davam etdirilməsi üçün iş Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.

Leyla Şıxlinskaya mətbuata açıqlamasında bildirib ki, keçmiş işçiləri onun 700 min manatını mənimsəyib.

Femida.az

Açar sözlər:

Oxunub: 1089