Moskvada əməliyyat - Ekstremistlər saxlanılıb

16:23     14 Noyabr 2017 rusiya_polisi_800.jpg

Moskvada fəaliyyəti qadağan olunmuş “Təbliği Camaat” ekstremist təşkilatının üzvləri saxlanılıb.


Femida.az-ın məlumatına görə, şəhər ərazisində həyata keçirilən əməliyyatlar nəticəsində təşkilatın 69 üzvü saxlanılıb.

Əməliyyat nəticəsində polis həmçinin ekstremist ədəbiyyat, rabitə vasitələri və elektron məlumat daşıyıcılarını müsadirə edib.

Qeyd edək ki, “Təbliği Camaat” ekstremist təşkilatının fəaliyyəti Rusiyada 2009-cu ildə qadağan edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 333