Ramin Quluzadə Yevlaxda vətəndaşlarla görüşüb
22:44 14 Noyabr 2017
Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Yevlax şəhərində vətəndaşlarla görüşüb.
Nazirliyin İctimaiyyətlə Əlaqələr Sektorundan Femida.az-a verilən məlumata görə, Yevlax, Tərtər, Ağdam və Bərdə rayonlarının sakinlərinin iştirak etdiyi qəbulda vətəndaşların telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələlərlə bağlı müraciətləri dinlənilib və əksər məsələlər yerində həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Regiona səfəri çərçivəsində R.Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.
Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.
Toplantıda nazir müvafiq sahə rəhbərlərinə hər bir vətəndaş müraciətinin operativ araşdırılması və qanunvericiliyə uyğun həll edilməsi haqqında tapşırıqlar verib.
Femida.az
Oxunub: 694
Oxşar xəbərlər
- Ramin Quluzadə Tovuzda vətəndaşlarla görüşüb
- Ramin Quluzadə Göygöldə vətəndaşlarla görüşüb
- Ramin Quluzadə vətəndaşlarla görüşüb
- Ramin Quluzadə yeni yaradılan nazirliyin rəhbəri oldu
- Ramin Quluzadə vətəndaşlarla görüşüb
- Ramin Quluzadə vətəndaşlarla görüşüb
- Ramin Quluzadəyə yeni müavin təyin olundu
- Ramin Quluzadə nazir təyin olundu
- Ramin Hacılının yalanı üzə çıxdı - “Bizim elə bir müxbirimiz yoxdur”