Tbilisi hava limanında bomba həyəcanı


00:11     15 Noyabr 2017 f08ace72-ff6c-41b1-975e-078d4a342291.jpg

Gürcüstan Daxili İşlər Nazirliyi Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanında partlayıcı qurğu olması ehtimalı barədə məlumat yayıb.


Nazirliyin məlumatında qeyd olunur ki, hazırda hava limanında lazımi axtarış-xilasetmə tədbirlərinin həyata keçirilir.

Məlumatda həmçinin bildirilib ki, “112” Çağrı Mərkəzinə olunan naməlum zəngin yalan olması axtarışın nəticələrindən sonra məlum olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 648