Moskvada ekstermistlərə qarşı əməliyyat - 69 nəfər saxlanılıb


00:57     15 Noyabr 2017 4598927.jpg

Rusiya Federal Təhlükəsizlik Xidməti və DİN əməkdaşlarının Moskva regionunda birgə keçirdikləri əməliyyat nəticəsində “Təbliği Camaat” beynəlxalq ekstremist təşkilatının 69 üzvü saxlanılıb.


Femida.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, əməliyyat nəticəsində ekstremist ədəbiyyat, rabitə vasitələri və elektron məlumat daşıyıcıları müsadirə olunub.

Qeyd edək ki, “Təbliği Camaat” ekstremist təşkilatının fəaliyyəti Rusiyada 2009-cu ildə qadağan edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 768