25 yaşlı qadını `tok` vurub öldürdü

23:59     14 Noyabr 2017 1501267732_sdsdss.jpg

Biləsuvar rayonunda elektrik cərəyanı 25 yaşlı qadının həyatına son qoyub.


Hadisə axşam saatlarında rayonun Ağayrı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 25 yaşlı Salatın Eynulla qızı Mirişova elektrik cərəyanı vurması nəticəsində ölüb. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar Rayon Şöbəsinə gətirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (Report.az)

Femida.az

Açar sözlər:

Oxunub: 537