Şadlıq sarayının qarşısında qan töküldü


13:11     15 Noyabr 2017 bicaq23.jpg

Bakıda şadlıq evinin qarşısında orta yaşlı kişi bıçaqlanıb.


Femida.az report.az-a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, Bakıxanov qəsəbəsində, "Fidan" şadlıq evinin qarşısında 1985-ci il təvəllüdlü Baxşəliyev Rəsul Qərib oğlu tanıdığı şəxslə əlbəyaxa dava edib. Nəticədə onun sağrı və bud nahiyəsinə ümumilikdə iki bıçaq xəsarəti yetirilib.
Yaralı xəstəxanaya yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 608