Ermənistanda tələbələr hərbi xidmətə getmək istəmir - Polislə qarşıdurma


16:53     15 Noyabr 2017 default-(1)_1510734904.jpg

Ermənistan parlamentinin binası qarşısında hərbi xidmətə getmək istəməyən tələblərlə polis arasında toqquşma baş verib.


Femida.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, "Elmin inkişafı naminə" hərəkatın üzvü Vaqan Kostanyan tələblərin təlsim olmayacağını bəyan edib. Daha sonra bir qrup tələbə parlamentə gedən yolu bağlayıb. İrəvan polisinin rəis müavini Valeri Osipyan tələbələri ərazini tərk etməyə çağırıb.

Nəticədə polislərlə tələbələr arasında qarşıdurma yaranıb. Əraziyə əlavə polis qüvvələri çağırılıb. Amma polislər Baqramyan prospektindən etirazçı tələbələri uzaqlaşdıra bilməyib. Hazırda etiraz aksiyası davam edir.

Femida.az

Açar sözlər:

Oxunub: 1045