Bakıda texnika yerinə işləyən qadınlar - FOTOLAR


21:35     05 May 2015 qadin2.jpg

Bu günki cəmiyyətimizdə qadınların rolu əhəmiyyətli dərəcədə böyükdür. Qadınları hər bir sahədə görmək mümkündür.İstər yüksək vəzifələrdə , istərsə də ictimai işlərdə qadınlar aktivlikləri ilə seçilir.

Xadimələr niyə yaşlı qadınlardır? Müəyyən yaşdan sonra qadınlar işsizlikdən əziyyət çəkir? Qadınlara başqa hansı alternativlər təklif etmək olar? Əmək hüququ tapdanırmı?

Son zamanlar dənizkənarı Milli parkın təmizlik işlərinə istifadə etmək üçün kifayət qədər yeni texnika ölkəmizə gətirilib. Buna baxmayaraq, bu gün asfalt örtüyünün yuyulmasında, metal dirəklərin təmizlənməsində qadınların əməyindən istifadə olunur. Özü də heç bir texnikanın köməyi olmadan.

Bu nə dərəcədə düzgündür? Qanunvericilikdə bu hallarla bağlı nə nəzərdə tutulub?

Bu kimi suallarla aidiyyatı orqanlara müraciət etdik.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov açıqlamasında bunları söylədi:
-Buna münasibətim müsbətdir. Elə yerlər var ki, orada texnikanın işləməsi qeyri-mümkündür.Mümkün olan yerlərdə texnika ilə işləyirik. Burada elə bir böyük problem görmürəm.Burada qanunun pozulması halları yoxdur.

Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin əməyin siyasəti şöbəsinin müdir müavini Məhərrəmov Əbülfət qeyd olunan mövzu ilə bağlı bu açıqlamaları verdi:

-Qanunvericilikdə qadınların görməsi qadağan edən sahələr mövcuddur. Əmək məcələssinin 241- ci maddəsinin 4 -cü bəndində qeyd olunub ki, ümumi çəkisi 15 kq-dan çox olmayan əşyaların daşınması,10 kq- dan çox əşyaların 1 metrdən çox qaldırlması qadınlara qadağan edilir.Əgər siz belə hallarla rastlaşmısınızsa onda bu əmək məcəlləsinin pozulmasıdır. Onu da qeyd edim ki, elə yerlər var ki, orda texnika ilə işləmək olmur.O zaman qadınların əllə orda işləməsi normaldır.Bu gün Bakı bulvarında qadınlar daha çox yaşıllaşdırma və təmizlik işlərində çalışırlar.Bunu da qanun qadağan etmir.Biz ümumilikdə təşkilatlarda işçilərin əməyi necə həyata keçirilməsinə nəzarət edirik.

“Ailə dünyası” İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Gülayə Quliyeva:

Qanunvericilikdə nəzərdə tutulub ki, qadınların əməyindən ağır işlərdə istifadə etmək olmaz. Amma qadınlarımız var ki, bu gün kişilərlə çiyin-çiyinə çalışırlar.Əgər qanun buna yol verirsə, olar. Biz özümüz hər zaman bu mövzuda araşdırmalar aparırıq. Əgər qanuna zidd hərəkətlər olduqda biz buna dərhal münasibət bildirik.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1241